Beşinci mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, martın 4-ü saat 16:50-də 14 yaşlı yeniyetmə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, beyin silkələnməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
10:04
Yaşayış binasının beşinci mərtəbəsindən yerə yıxılan yeniyetmə sağ qalıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.
İntihara cəhd etdiyi ehtimal olunan 14 yaşlı Fərid İsmayilov Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt Yevlax rayon prokurorluğunda araşdırılır.