16 yaşlı yeniyetmə qızın qətlində şübhəli bilinən şəxsi saxlayıblar.
Lent. az xarici mediyaya istinadən bildiri ki, hadisə Krasnoyarskda baş verib.
Qətli törətməkdə şübhəli bilinən 34 yaşlı kişi əvvəllər də məhkum olunubmuş. Onun DNT nümunələri qızın cəsədi üzərindən əldə edilən bioloji materialla üst-üstə düşür.
Xatırladaq ki, hadisə iyulun 22-də 16 yaşlı qızın rəfiqəsi ilə gəzintiyə çıxdıqdan sonra baş verib. Daha sonra o, şəhərdən keçən Yenisey şossesinin yaxınlığındakı meşə zolağında boğazı kəsilmiş halda tapılıb.