Yaşayış binasının 4-cü mərtəbəsində PARTLAYIŞ:  - RƏSMİ   - YENİLƏNİB
12 iyun 2021 11:35 (UTC +04:00)

Yaşayış binasının 4-cü mərtəbəsində PARTLAYIŞ: - RƏSMİ - YENİLƏNİB

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, ilkin ehtimala görə, partlayış qaz sızması səbəbindən baş verib.

***

06:52

Gəncədə 4 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə,yanğın binanın sonuncu mərtəbəsində baş vermişdi.

***

06:28

Gəncədə 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən y​​​​​​anğın qonşu mənzilə də keçib.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda FHN əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

***

06:10

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində  yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.

# 3363
avatar

Oxşar yazılar

Abşeronda kişi özünü asdı  - FOTO

Abşeronda kişi özünü asdı - FOTO

25 aprel 2024 , 19:29
Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33