Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ aprelin 14-də yerli vaxtla 03:03-də qeydə alınıb.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.