Xəzərdə BƏDBƏXT HADİSƏ:  ölən var
19 noyabr 2024 12:07 (UTC +04:00)

Xəzərdə BƏDBƏXT HADİSƏ: ölən var

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

Lent.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev "oxu.az"a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3308

Oxşar yazılar