Zabratda ağır qəza: ölən var
05 iyun 2014 13:32 (UTC +04:00)

Zabratda ağır qəza: ölən var

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 5-i gecə saat 01.00 radələrində Zabrat qəsəbəsinin ərazisində Gürcüstan vətəndaşı Pərvaz Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

 

Maşındakı sərnişin, şəxsiyyəti müəyyən edilməmiş 40-45 yaşlı qadın hadisə yerində keçinib. P.Adıgözəlov isə xəstəxanaya yerləşdirilib.
 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853
avatar

Oxşar yazılar