Sumqayıtda 3 nəfərə ağır xəsarət yetirən şəxs həbs edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Rəvan Həmidov, Tural Əliyev və onun qardaşı Zauru bıçaqlayan şəxs müəyyən edilib. Hər 3 şəxsin sağlamlıqlarına ağır zərər vuraraq hadisə yerini tərk etmiş Rüstəm Abdullayev tutulub.
Faktla bağlı araşdırma aparılır.