Türkiyənin Dənizli şəhərində dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, Feryal Öksüz adlı qadın əvvəlcə 2,5 yaşındakı qızını öldürüb, ardınca isə özünə qəsd edib. Belə ki, 36 yaşlı qadın gecə saat 02:00-da öncə Asiye adında körpə qızını 6-cı mərtəbədən aşağı atıb. Ardınca isə özünü eyvandan aşağı atan Öksüz canına qəsd edib. Polis təqaüdçüsü olan həyat yoldaşının yatmasından istidafə edən qadın psixoloji müalicə alırmış.
Təcili yardımın müdaxiləsindən sonra Feryal Öksüz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Asiye Öksüz isə yerindəcə dünyasını dəyişib.