Salyanda ev yandı: xəsarət alan var
14 iyul 2018 12:00 (UTC +04:00)

Salyanda ev yandı: xəsarət alan var

 

Salyanda yaşayış evində yanğın baş verib.

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 12-də saat 22 radələrində Salyan rayonunun Qarabağlı kəndində yaşayan İlkin Məmmədovun həyətində yanğın baş verib. Nəticədə 400 kip ot yanıb, 1 baş inək tələf olub. İ.Məmmədovun arvadı Fəridə xəsarətlə xəstəxanaya gətirilib, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar