Qadın həbsxanaya alt paltarında nə keçirmək istəyib?
07 iyul 2014 13:24 (UTC +04:00)

Qadın həbsxanaya alt paltarında nə keçirmək istəyib?

Azərbaycanda cəzaçəkmə müəssisələrinə narkotik maddə və telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində, Z.Nağıyevanın alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə “Tiryək” və xalis çəkisi 3,038 qram olan narkotik vasitə “Marixuana” aşkar edilərək götürülüb. 

11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Xanputa oğlu Nağıyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Çimnaz Fətulla qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman isə qadının əl çantasının iç cibində gizlətdiyi 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən götürülüb. 
 

Hər iki faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15