Bakıda iki kişi qadının maşınını taladı
16 oktyabr 2014 12:42 (UTC +04:00)

Bakıda iki kişi qadının maşınını taladı

Bakıda oğurluq hadisəsi baş verib. Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 9-da M.Əliyev küçəsində, Afaq Sadıqovaya məxsus “Hyundai” markalı avtomobildən, şüşəni sındırmaqla içərisində 75 manat, video kamera və eynək olan əl çantası oğurlanıb. Nizami RPİ 24-cü PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü Elmin Əliyev və Şərur rayon sakini 1978-ci il təvəllüdlü Namiq Babayev tutulub.

 

Yaxalanan şəxslər ətrafında araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar