Oğurluq etmiş Yevlax şəhər sakini Əminə Bəkirova saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 19-da Cəlilabad rayonunda yaşayan Rəsmiyə Rəhimovanın evindən qızıl əşyalar oğurlanıb. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakini Əminə Bəkirova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.