Minaya düşən qazaxlının meyiti ailəsinə verildi
07 aprel 2013 23:27 (UTC +04:00)

Minaya düşən qazaxlının meyiti ailəsinə verildi

 

Aprelin 2-dən Ermənistanla sərhəddə itkin düşmüş Qazax rayon sakini Sabir Kərimovun meyiti minaya düşdüyü ərazidən götürülüb.

Bu barədə APA-ya S. Kərimovun bibisi oğlu Mətləb Mustafayev bildirib.

 

 

Onun sözlərinə görə, meyitin beldən aşağı hissəsi və daxili orqanları yoxdur. Bir neçə gün açıq havada qaldığından meyit tamamilə iylənib. S. Kərimovun meyiti artıq ailəsinə təhvil verilib.

 

 

Qeyd edək ki, onun meyiti aprelin 7-də səhər saatlarında cəbhə xəttində yerləşən meşədə aşkarlanıb. Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Sabir Mühit oğlu aprelin 2-dən cəbhə xəttində meşədə itkin düşüb.

 

 

Onun yolu azaraq Ermənistan tərəfə keçdiyi və ya erməni hərbçilər  tərəfindən əsir götürüldüyü ehtimal edilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar