Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində qaz idarəsinin binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün yanğınsöndürənlər işləyir. Yanğının nə səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Maştağada qaz idarəsi yanır
0
0
0
0