Balakəndə mal-qara oğruluğu ilə məşğul olan Balakən və Ağdam rayon sakinləri həbs edilib. Balakən rayon Polis Şöbəsindən APA TV-yə Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Xalatala kənd sakini Mehdiyev Qurban Polis Şöbəsinə ərizə ilə müraciət edərək, kənd ərazisindəki örüş sahəsindən 1 baş iribuynuzlu malın oğurlandığını bildirib. Balakən rayonunun Qullar kəndində yaşayan Alqayev Ələsgər noyabrın 14-də günorta saatlarında Xalatala kəndinin ərazisindəki örüş sahəsindən gizli yolla 19 baş iribuynuzlu malqaranı oğurlayıb. Gecə saatlarında Ələsgər Alqayev həmin malları Ağdam rayon sakinləri Adıgözəl Həsənov, Nazim Həsənov və Amiq Kazımova satarkən Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən elə hadisə yerində yaxalanıblar.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb,istintaq aparılır.