Göygöldə üstünə boru aşan şagird ölüb
18 sentyabr 2015 15:44 (UTC +04:00)

Göygöldə üstünə boru aşan şagird ölüb

Göygöl rayonunda məktəbdə baş verən hadisə nəticəsində xəsarət alan məktəbli dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 yaşlı məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

 

 

 

Xat;rladaq ki, hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

 

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar