42 yaşlı qadın yoxa çıxıb -<span style="color:red;"> GƏNCƏDƏ
19 noyabr 2014 15:05 (UTC +04:00)

42 yaşlı qadın yoxa çıxıb - GƏNCƏDƏ

Gəncə sakini itkin düşüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 11.06.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, şəhərin Xətai prospektində yaşayan Svetlana Kamal qızı Mayılova bu il oktyabrın 24-də günorta saatlarında evdən gedib və bir daha geri qayıtmayıb. İtkin düşmüş bu şəxsin boyu 1 metr 63 santimetr, orta köklükdə, gözləri qəhvəyi, saçları rənglənib. Evdən gedərkən əynində göy rəngli cins şalvar, ağ-qara rəngli kofta, qara gödəkçə, ayağında mavi ayaqqabı olub.

Svetlana Mayılovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 256-52-19 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104

Oxşar yazılar