FHN ağır qəza ilə bağlı məlumat yaydı
21 noyabr 2015 07:38 (UTC +04:00)

FHN ağır qəza ilə bağlı məlumat yaydı

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi noyabrın 20-də Göygöldə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda, "VAZ" markalı minik avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

Nəticədə, minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib. Gəncə Regional Mərkəzinin xilasediciləri 1979-cu il təvəllüdlü Quliyev Qeymət Məhəmməd oğlunun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar