Azərbaycanlı alpinistin Himalay dağlarında həlak olması təsdiqləndi <span style="color:red;">- RƏSMİ  - <span style="color:red;">YENİLƏNİB
22 oktyabr 2014 16:22 (UTC +04:00)

Azərbaycanlı alpinistin Himalay dağlarında həlak olması təsdiqləndi - RƏSMİ - YENİLƏNİB

“Murad Aşurlunun qəzaya uğraması xəbəri çox güman ki, doğrudur. Bununla bağlı, federasiyanın prezidenti İsrafil Aşurlu ilə əlaqə saxlamaq istədim, amma zəngimə cavab vermədi. Araşdırıb öyrəndim ki, İsrafil müəllim Himalay dağlarına yollanıb, artıq Nepaldadır. Görünür, yayılan pis xəbər doğrudur”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov deyib.

 

Qeyd edək ki, Alpinizm Federasiyasının vitse-prezidenti S.Mursaqulov deyib ki, M.Aşurlu İsrafil Aşurlunun əmisi oğludur.

 

Nepal KİV-lərinin yaydığı xəbərə görə, Murad Aşurlu 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən bədbəxt hadisə ilə üzləşib. Uçqun nəticəsində onun öldüyü bildirilir.

 

 

 

*****

 

15:51

 

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciəvi şəkildə həlak olub. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

 

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

 

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciəvi hadisə baş verib.

 

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5395

Oxşar yazılar

Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43
Xaçmazda qadın hamamda qazdan boğuldu

Xaçmazda qadın hamamda qazdan boğuldu

8 fevral 2025 , 09:26
Sumqayıtda 40 yaşlı kişi tanışını bıçaqladı

Sumqayıtda 40 yaşlı kişi tanışını bıçaqladı

8 fevral 2025 , 08:27
Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO

Zaqatalada avtomobil aşdı, xəsarət alanlar var - VİDEO

7 fevral 2025 , 22:12
Biləsuvarda 17 yaşlı qız özünü asdı

Biləsuvarda 17 yaşlı qız özünü asdı

7 fevral 2025 , 19:38