Daxili İşlər Nazirliyi Binəqədi rayonunun Fatmayı bağları sahəsində baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 5-də saat 09 radələrində Binəqədi rayonunun Fatmayı bağları sahəsində yaşayan Aleksandr Yeqorovun evində yanğın baş verib. Nəticədə 20 kvm. sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra A.Yeqorovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.