Avaraçılıq və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər tutulub. Onlardan 19-u qadın, 3-ü kişi, 14-ü isə azyaşlıdır. Saxlanılmış şəxslər barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər.