Bakıda qardaş evdən qaçmış bacısını amansızlıqla öldürdü<span style="color:red;"> - 21 BIÇAQ ZƏRBƏSİ -TƏFƏRRÜAT
08 aprel 2016 10:43 (UTC +04:00)

Bakıda qardaş evdən qaçmış bacısını amansızlıqla öldürdü - 21 BIÇAQ ZƏRBƏSİ -TƏFƏRRÜAT

Bu gecə Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 25 yaşlı Seyidmirəli Cavadov bacısı, 29 yaşlı İzzət Cavadovanı qısqanclıq zəminində qətlə yetirdiyi dəqiqləşib. Bəlli olub ki, İ.Cavadova əmisi oğlu, 32 yaşlı Vüsalla evlidir və onların bu nikahdan iki övladı var. Bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünüblər. Bir həftə sonra isə 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.

 

Bildirilir ki, İ.Cavadovanın həyat yoldaşı onunla boşanacağını deyib və övladlarının olduğunu, onların yetim böyüməməsini üstün tutduğunu söyləyib. Lakin İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Seyidmirəli onu öldürmək niyyətindən əl çəkməyib və evə gələrək bacısına 21 bıçaq zərbəsi endirib.

 

Hadisə vaxtı araya girən V.Cavadov da bir bıçaq xəsarəti alıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

 

07:30

 

Sabunçu rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb. Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib.

 

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə, qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığı bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları “isti izlər”lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

 

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15