Bakının Sabunçu rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Sabunçu bazarı yaxınlığında yaşayan 2016-ci il təvəllüdlü İsmayılov Nazim Ziyafət oğlu kiçik çay daşını udub. Daş uşağın nəfəs borusunu tutub və o, boğularaq ölüb.
Bildirilir ki, ölən azyaşlı dilənçiliklə məşğul olan ailədə dünyaya gəlib və dilənçilik məqsədi ilə istifadə edilirmiş.
Qeyd edək ki, ölüm faktı ilə bağlı ilk xəbəri Report yayıb.