Axtarışda olan 3 nəfər tutulub
25 oktyabr 2014 12:34 (UTC +04:00)

Axtarışda olan 3 nəfər tutulub

 

Bakıda axtarışda olan 3 nəfər tutulub.

 

Bakı Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olan 1974-cü il təvəllüdlü Əli Qurbanov tutulub.

 

Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı RPŞ tərəfindən AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1981-ci il təvəllüdlü Vüsal Qasımov tutulub.

 

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1974-cü il təvəllüdlü Elçin Abbasov tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477
avatar

Tengiz Məmmədov

Oxşar yazılar