İmişlidə Rabitə İdarəsinə məxsus kabel oğurlanıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də İmişli İşarəvermə və Rabitə İdarəsinə məxsus, işlək vəziyyətdə olan 125 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri Cəsarət Abdullayev və Fərid Səmədov tutulublar.