
400 kiloqram yararsız ət aşkar edildi
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.
Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan, 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Oxşar yazılar

Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən yıxıldı
6 iyun 2025 , 13:50
Şamil Basayevin dəstə üzvlərinə HÖKM OXUNDU
6 iyun 2025 , 13:05
Polis şöbəsinin rəisi və jurnalist həbs edildi
6 iyun 2025 , 12:41
İki erməni Azərbaycan ərazisinə keçdi - İDDİA
6 iyun 2025 , 12:30
Dünən itkin düşən 10 nəfər tapıldı
6 iyun 2025 , 11:39
Şamaxı və Xızıda bu gün də zəlzələ oldu
6 iyun 2025 , 10:42
Gəncədə 2 yaşlı uşağın ölüm səbəbi bilindi - YENİLƏNİB
6 iyun 2025 , 10:40