
27 yaşlı gənc İstintaq Təcridxanasında intihara cəhd etdi
0
0
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olub.
APA-nın yerli bürosunun məlumatına görə, orada saxlanılan Göygöl rayon sakini, 27 ayşlı Dursunov Sahib Elşən oğlu bizlə qarın nahiyəsinə bir neçə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
0
0