Türkiyədə İran casuslarına qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatı tərəfindən İstanbulda keçirilib.
Nəticədə İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib.
Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla, 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrinin əldə edilməsi” ittihamı ilə tutulublar.