Tofiq Yaqublu
20 aprel 2025 12:06 (UTC +04:00)

Tofiq Yaqublu

Tofiq Yaqublunun huşu aydındır” – Adil Qeybulla

“Tofiq Yaqublununun müayinəsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Unbakıda yerləşən İstintaq Təcridxanasında onu ziyarət etdik.  Müayinədə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdi”.

Lent.az xəbər verir ki, bunu tibb elmləri üzrə professor Adil Qeybulla Facebook səhifəsində yayıb.

O bildirib ki, Milli Şuranın üzvü Tofiq Yaqublunun vital göstəriciləri: A/T – 126/83, Nəbzi – 94’,  Bədən hərarəti – 36,4°C, Çəkisi – 83,350 kq-dır:

“Ümumi durumu  keçirdiyi aclıq aksiyasına adekvatdır. Huşu aydın, təmas və kommunikasiya adekvatdır. Beynəlxalq təcrübədə aclıq aksiyalarının keçirilməsinin mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi.

Onun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmə niyyətimiz var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2054

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09