Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı
10 iyun 2025 11:40 (UTC +04:00)

Tiktoker "Bəniz" ev dustaqlığına buraxılmadı

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəsatət təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar

Siyəzəndə kirayəşin müəmmalı şəkildə  öldü

Siyəzəndə kirayəşin müəmmalı şəkildə öldü

26 iyul 2025 , 19:27
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

26 iyul 2025 , 18:25
Şuşada 4 hektar ərazi yandı

Şuşada 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34