Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəyimsarov kəndi ərazisində baş verib.
23 yaşlı Kamran Süleymanov idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan betona çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov aldığı xəsarətlərdən ölüb. 47 yaşlı anası Xoşqədəm Süleymanova isə xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.