Terminaldan külli miqdarda pul oğurlayan SAXLANILDI
16 yanvar 2023 12:40 (UTC +04:00)

Terminaldan külli miqdarda pul oğurlayan SAXLANILDI

Tovuzda mağazadan külli miqdarda pul və tütün məmulatları oğurlanıb. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat oğurlanıb. 

Bundan başqa, rayonun Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17 min 563 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Nigar Namiq

Oxşar yazılar