Rusiyanın Leninqrad vilayətində Qatçina rayonunda tarlada insan qalıqları tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İjora çayı üzərindəki körpünün yaxınlığında Myza-İvanovka kəndində qeydə alınıb.
Polislər fərdi evlərdən təxminən 500 metr aralıda tarlada kəllə və sümük tapıblar.
Tapılan qalıqlar ekspertizaya göndərilib. Ekspertlər həmin şəxsin cinsini, yaşını və ehtimal olunan ölüm səbəbini müəyyən etmək üçün araşdırma aparırlar.