Sumqayıtda 29 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB
06 avqust 2023 22:24 (UTC +04:00)

Sumqayıtda 29 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB

Sumqayıtda dənizdə üç nəfər batıb.

Lent.az xəbər verir ki, onlardan biri ölüb, digər ikisi Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

22 yaşlı Qəfər Pirverdiyev artıq evə  buraxılıb.

33 yaşlı Günay Hüseynova xəstəxanadadır, vəziyyəti kafidir.

Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazisində baş verib.

***

Saat 19:07

29 yaşlı kişi dənizdə batıb.

Lent.az-ın xəbərinə görə, hadisə Sumqayıt şəhərində Xəzər bağları adlanan ərazinin çimərlik hissəsində  baş verib.

Şəhər sakini Mehman Qəhrəman oğlu Cabbarov dənizdə çimərkən boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırılma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4104
avatar

Xədicə Novruzova

Oxşar yazılar