Sumqayıtda külli miqdarda dələduzluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər sakini olan bir nəfərin 20000 ABŞ dolları dələduzluq yolu ilə ələ keçirilib.
Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlində şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.