"Söhbətə gələn" tiktokerin çənəsini qırdı - Qusarda məktəblinin CİNAYƏTİ
14 fevral 2026 19:44 (UTC +04:00)

"Söhbətə gələn" tiktokerin çənəsini qırdı - Qusarda məktəblinin CİNAYƏTİ

0

Qusarda 15 yaşlı şagird tiktokda canlı yayım açan kəndlisini döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Yasab kəndində qeydə alınıb.

Orta məktəbin 10-cu sinfində təhsil alan 15 yaşlı Surxay Kazımov (ad və soyad şərtidir) mübahisə zamanı həmkəndlisi olan şəxsi yumruqla vuraraq yerə yıxıb. Sonra təpiklə bel və çiyin nahiyələrinə zərbələr vurub. Bu səbəblə o saxlanılıb və barəsində cinayət işi açılıb.

İttiham aktına görə, S. Kazımov kənddəki marketin yaxınlığında dostları ilə birgə olarkən tanıdığı şəxsin tiktokda canlı yayım açdığını görüb və “özünə hörmət qoy” deyə ona rəy yazıb. Bundan sonra onun yanına daha 2 nəfər gəlib. Surxay həmin şəxslərdən birinin telefonu ilə rəy yazdığı tiktokerə zəng edərək səhv başa düşməməsini bildirib. Lakin tiktoker telefonu gec açıb və Surxayın sözlərinə gülüb. Bundan əsəbiləşən Kazımov da telefonu söndürüb. Az sonra həmin şəxs "söhbəti həll etmək üçün" onların olduqları yerə gəlib. Bu zaman yaranan mübahisə zamanı Surxay yumruqla tiktokerin sifətinə yumruqla zərbə vurub. Zərbənin təsirindən zərərçəkən yer yıxılıb. Kazımov isə onun bel və çiyin nahiyələrinə təpiklə zərbələr vurub. Nəticədə zərərçəkəni çənə sümüyü sınıb və bir sıra digər xəsarətlər alıb.

S. Kazımov ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs isə təqsirləndirilən şəxslə barışmadığını deyib və onun barəsində tədbir görülməsini xahiş edib.

Quba rayon Məhkəməsinin qərarı ilə S. Kazımov barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar