Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.
“Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.