Şirvanda 36 yaşlı kişini bıçaqlayan  tutuldu -YENİLƏNİB
25 yanvar 2026 16:32 (UTC +04:00)

Şirvanda 36 yaşlı kişini bıçaqlayan tutuldu -YENİLƏNİB

1

Şirvanda 36 yaşlı şəxsi bıçaqlayan yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törədən Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü İbrahim Abdullayev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

***

24 yanvar

Saat 21:16

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1170

Oxşar yazılar