Adanada kafe sahibi səs-küy məsələsində fikir ayrılığı yaşayan qonşuları ov tüfəngi ilə güllələyib.
Lent.az Türkiyə mediasına istinadən bildirir ki, yaxınlıqdakı mağazaların təhlükəsizlik kameralarına baxış keçirən polis, hadisəni törədən şəxsin 2 ov tüfəngi ilə oraya gəldiyini aşkarlayıb.
İki qonşusuna atəş açdiqdan sonra özünü də yaralayan kafe sahibi xəstəxnaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Fakt üzrə araşdırma aparılır.