Sərnişin təyyarəsi yanğınsöndürən maşınla  toqquşdu: Ağır yaralılar  var -  YENİLƏNİB
23 mart 2026 11:08 (UTC +04:00)

Sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu: Ağır yaralılar var - YENİLƏNİB

1

Nyu-York ştatının LaGuardia hava limanına eniş edən sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub.

Lent.az xarici mediaya istinadən bildirir ki, ilkin məlumatlara görə, dəhşətli qəzada liman polisi və pilotlar da daxil olmaqla dörd nəfər ağır yaralanıb.

***

09:33

Nyu-York ştatının LaGuardia hava limanına eniş edən sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb və hava limanı təhlükəsizlik səbəbi ilə bağlanıb.

ABD'de yolcu uçağı itfaiye aracıyla çarpıştı! Çok sayıda ölü ve yaralı var

Məlumata görə, Monrealdan gələn CRJ-900 tipli regional sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında olan nəqliyyat vasitəsi ilə sürətlə toqquşub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisədən sonra hava limanındakı bütün uçuşları müvəqqəti dayandırıb. Uçuşların qadağan edildiyi, vəziyyətin fövqəladə hal kimi qiymətləndirildiyi və yubanmanın uzadıla biləcəyi bildirilib.

ABD'de yolcu uçağı itfaiye aracıyla çarpıştı! Çok sayıda ölü ve yaralı var

Sosial mediada paylaşılan görüntülərdə toqquşmadan sonra təyyarənin burnunun ciddi şəkildə zədələndiyi görünür. Dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb.

ABD'de yolcu uçağı itfaiye aracıyla çarpıştı! Çok sayıda ölü ve yaralı var


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 374

Oxşar yazılar