Şəkidə kanala düşən şəxs xəstəxanaya aparılarkən  yolda öldü
16 fevral 2026 20:25 (UTC +04:00)

Şəkidə kanala düşən şəxs xəstəxanaya aparılarkən yolda öldü

0

Şəkidə kanala düşən kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Lent.az xəbər verir ki, hadisə Şəki rayonu, Cəyirli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb.

Kənd sakinləri tərəfindən kanaldan çıxarılan həmin şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

A. Əsgərovun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar