Sayt rəhbəri qadınları belə şantaj edirmiş - DİN AÇIQLADI  - YENİLƏNİB
25 fevral 2022 11:47 (UTC +04:00)

Sayt rəhbəri qadınları belə şantaj edirmiş - DİN AÇIQLADI - YENİLƏNİB

Yevlaxda qadınları şantaj edən "jurnalist"lərlə bağlı təfərrüatlar məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a açıqlamasında şantaj edərək pul alan həmin jurnalistləri "Ehtimal nəzəriyyəsi ilə çalışan "jurnalist"lər" adlandırıb:

"Yevlax rayonunda zəng vurub pul tələb etdiyi şəxslərə, "ehtimal var ki, belə edirsiz, bu ehtimalları silmək, təmizləmək üçün bizi görməlisiniz deyərək ayrı-ayrı şəxslərdən 21 min manat tələb ediblər. Bu qanunsuz əməllərə görə şikayətlər əsasında polis tərəfindən “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov saxlanılaraq istintaqa cəlb ediliblər. 

Hazırda Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

***
Saat: 10:43

Yevlax sakinləri şantaj edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Yevlax tayon Polis Şöbəsində araşdırma aparılır. 

Sənan Ələkbərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5811
avatar

Mehman Nəbiyev

Oxşar yazılar