Satıcıya bıçaq çəkib  1 qızılgül  apardı
25 fevral 2025 16:17 (UTC +04:00)

Satıcıya bıçaq çəkib 1 qızılgül apardı

Rusiyanın Tver vilayətində gül salonunda quldurluq hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 33 yaşlı yerli sakin gül dükanı satıcısını bıçaqla hədələyib 250 rubl dəyərində 1 qızılgül aparıb.

O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi (“Soyğunçuluq”) ilə cinayət işi başlanıb. Saxlanılan şəxs hadisəni içkili vəziyyətdə törətdiyini deyib.

Hazırda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Bu maddə üzrə maksimum cəza cərimə ilə birlikdə 10 ilə qədər həbsdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar