"Şamaxinka"da DƏHŞƏT:  kişi arvadını güllələyib  özünü də vurdu -  YENİLƏNİB
09 iyul 2026 18:05 (UTC +04:00)

"Şamaxinka"da DƏHŞƏT: kişi arvadını güllələyib özünü də vurdu - YENİLƏNİB

0

Bakıda baş verən silahlı insident zamanı ölən qadının və yaralan kişinin adları məlum olub.

Lent.az-ın xəbərinə görə, ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, yaralanan 43 yaşlı Zaur Qəhrəmanovdur.

Bu gün saat 16:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka ərazisindən çağırış qeydə alınıb.

TƏBİB-dən Lent.az-az bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası 1 nəfəri müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya edib.

Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

***

17:24

Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.

Kişinin küçədə arvadına ov tüfəngindən atəş açdığı, daha sonra özünü vurduğu bildirilir.

İlkin məlumata görə, qadın hadisə yerində ölüb.

Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar