Salyanda AĞIR QƏZA:  Ata, oğul və daha bir nəfər  öldü - YENİLƏNİB
05 yanvar 2026 18:39 (UTC +04:00)

Salyanda AĞIR QƏZA: Ata, oğul və daha bir nəfər öldü - YENİLƏNİB

0

Salyanda yol qəzasında ölənlərin sayı üçə çatıb.

Lent.az-ın xəbərinə görə, qəzada yaralanaraq xəstəxanaya yerləşdirilən 15 yaşlı Tərlan İmanov orada ölüb.

Onun atası Vüqar İmanovun da qəzada hadisə yerində öldüyü bildirilir.

***

18:02

Salyanda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.

Lent.az-ın APA -ya istinadla xəbərinə görə, onlar Sabirabad rayon sakinləri, 61 yaşlı  Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədovdur.

Xəsarət alanların Sabirabad rayon sakinləri, 41 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 43 yaşlı Pərvanə Məmmədova, qızları 15 yaşlı Fatimə Məmmədli və 15 yaşlı Tərlan İmanov (qəzada ölən Vüqar İmanovun oğlu) olduğu bildirilir.

Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) yanvarın 5-də saat 17:20-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.

***

17:06

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Salyanda yol qəzasında iki nəfər ölüb, dörd nəfər xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1816

Oxşar yazılar