Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan “VAZ2106” markalı avtomobildə olan Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu və daha bir nəfər həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
19:30
Salyanda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Lent.az-ın xəbərinə görə, qəzada yaralananlar Salyan xəstəxanasına çatdırılıb.
***
18:47
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.
"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Bundan başqa, xəsarət alanlar da olub, onlar Salyan xəstəxanasına çatdırılıb.(APA)