Sabirabadda kombayn kanala aşıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Sarxanbəyli kəndində qeydə alınıb.
Kənd sakini 37 yaşlı Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.