Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə fərdi yaşayış evində qeydə alınıb. Şəhər sakini, 1999-cu il təvəllüdlü Əskərova Seydanə Mirələkbər qızı hamam otağında olarkən dəm qazından boğulub.
Qadını hamamda huşsuz vəziyyətdə tapan yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.