Ruslan Eyyubov həbsdən buraxıldı
05 iyun 2026 13:50 (UTC +04:00)

Ruslan Eyyubov həbsdən buraxıldı

0

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılan Ruslan Eyyubov həbsdən azad edilib.

Lent.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Məhkəmə R.Eyyubovun səhhətini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsinə qərar verib.

Qeyd edək ki, onun barəsində ibtidai istintaq başa çatıb, yekun ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar