Rusiyada 15 yaşlı azərbaycanlı qız göldə boğulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Krasnoyarsk şəhərində qeydə alınıb.
Əslən Ağsu rayonundan olan, 15 yaşlı Əsmər Asif qızı Mehrəliyeva iki bacısı ilə birgə yaşadıqları evin yaxınlığında yerləşən göldə çimərkən batıblar.
Hadisə zamanı qızların anası da orada olub. Ana iki qızının həyatını xilas edə bilsə də 15 yaşlı Əsmər boğularaq ölüb.
Yeniyetmənin meyiti bu gün Ağsu rayonuna gətirilərək dəfn ediləcək.